"Kanada baş nazirinin mənimlə niyə görüşmək istədiyini bilmirəm"

 23:33 05.05.2025     68

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karninin mayın 6-da ticarət sövdələşməsinə vasitəçilik etmək üçün Ağ Evə səfər etməsini təklif edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Onun mənimlə niyə görüşmək istədiyini bilmirəm, amma düşünürəm ki, o, razılaşmaq istəyir. Hamı bunu edir", - Vaşinqton administrasiyasının rəhbəri deyib.

“Onların hamısı razılıq əldə etmək istəyir, çünki bizdə onların hamısının istədiyi bir şey var”,- Tramp əlavə edib.

Əvvəllər Amerika lideri dəfələrlə vurğulamışdı ki, istənilən ticarət danışıqlarında əsas kozır Amerika bazarına çıxışdır.

Bundan əvvəl “Global News” televiziya kanalı Kanada hökuməti başçısının ofisindəki mənbəyə istinadən Karninin yaxın vaxtlarda ABŞ-yə uçacağını bildirmişdi.

Xatırladaq ki, aprelin 2-də Tramp ABŞ-nin idxal olunan mallara minimum 10% tarif dərəcəsi təyin edəcəyini açıqlamışdı.

Turan İSMAYIL