Pentaqon rəhbəri ABŞ ordusunun zabit heyətinin ixtisarına dair göstəriş verdi

 09:23 06.05.2025     93

ABŞ müdafiə naziri Pit Heqset ABŞ ordusunun yüksək rütbəli zabit heyətinin azaldılması barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu qərar aktiv ordudakı dörd ulduzlu general vəzifələrinin 20 faizinin, Milli Qvardiyadakı generalların eyni nisbətdə azaldılmasını və ümumilikdə general və admiral rütbəlilərin sayının azı 10 faiz ixtisarını nəzərdə tutur.

Heqseth bu addımı Birləşmiş Qərargah Rəisləri ilə aparılan “düşünülmüş prosesin” nəticəsi adlandıraraq bildirib ki, məqsəd ABŞ ordusunun effektivliyini və potensial münaqişələrə hazırlığını artırmaqdır. O vurğulayıb: “Daha çox general və admiral daha böyük uğura bərabər deyil”, və qeyd edib ki, ABŞ ordusu “arıq və alçaq” – yəni daha çevik və yığcam – olmalıdır.

Bu təşəbbüs Konqreslə fikir ayrılığına səbəb ola bilər, çünki struktur dəyişiklikləri qanunverici orqanın təsdiqini tələb edir.

Heqsethin bu qərarı, müdafiə departamentində son aylarda müşahidə olunan daxili qalmaqallar və informasiya sızmalarından sonra onun idarəetmə tərzindəki dəyişiklik fonunda baş verir. Məlumata görə, nazir getdikcə daha “gözlənilməz” davranır və administrasiyadakı nüfuzuna inam azalır.

Aytəkin TOFİQQIZI