56 gün yatdı - həkimləri təəccübləndirən xəstəlik

 15:47 06.05.2025     152

Türkiyənin Samsun şəhərində bir xəstə psixiatrik xəstəliyə görə 56 gün yatıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, xəstəyə tətbiq olunan elektrokonvulsiv terapiya (EKT) sayəsində 56-cı gündə o, gözlərini açıb.

Bildirilir ki, 26 yaşlı gənc qadın huşunu itirmə şikayəti ilə rayon xəstəxanasına gətirilib.

Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan gənc xəstə 32 gün xəstəxanada qalıb. Xəstə üzərində çoxsaylı analizlər aparılsa da, lakin onun niyə oyanmadığını, gözlərini açmadığını, danışmadığını başa düşmək mümkün olmayıb.

Daha sonra xəstə başqa bir xəstəxanaya köçürülüb. Aparılan güclü müalicələrdən sonra xəstə 56-cı gün gözlərini açıb. Məlum olub ki, qadın depressiyaya düşüb və bu onu komaya salıb. O, elə həmin gün yemək yeməyə başlayıb. Həkimlər bildirib ki, bu komanda işinin və səbrin qələbəsi idi.

Vasif ƏLİHÜSEYN