Zelenski Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsini təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında həyata keçirilən məhbus mübadiləsini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə Teleqramda məlumat paylaşıb.
O, mübadilə nəticəsində 205 Ukrayna hərbçisinin vətənə döndüyünü açıqlayıb.
Zelenski mübadilə olunan döyüşçülərin müxtəlif qoşun növləri və qollarından olduğunu qeyd edib.
Prezident Zelenski, mübadilənin həyata keçirilməsində əməyi keçən bütün şəxslərə təşəkkür edib və xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə vasitəçilik və yardım göstərdikləri üçün minnətdarlığını bildirib.
Aytəkin TOFİQQIZI