Əhməd Əl-Şaraa basketbol oynadı, gündəm oldu - VİDEO

 18:45 06.05.2025     77

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa maraqlı görüntüləri ilə gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə əl-Şaraanın Dəməşqdə basketbol oynadığı anları əks etdirən görüntülər yayılıb. 

Kadrlardan onun keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə birlikdə oynadığını görmək mümkündür.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb (Qafqazinfo).