Xəstəxanada həkimi döydülər

Rusiyanın Nijni Novqorod vilayətində naməlum şəxs xəstəxanada 68 yaşlı həkimi döyüb.
Redaktor.az gazeta.ru-ya istinadla bildirir ki, bu barədə rayonun Dövlət Əmək Müfəttişliyindən məlumat verilib.
Hadisə mayın 5-də səhər saatlarında Kstovo Mərkəzi Rayon Xəstəxanasında baş verib. Hücum nəticəsində 68 yaşlı tibb işçisi başından və üzündən xəsarət alıb. Həkimlər xəsarətlərə yüngül diaqnoz qoyublar, lakin burnunun sınması ehtimalını istisna etməyiblər.
Xəsarətlərin şiddətinin yekun qiymətləndirilməsi istintaqın qaydasına təsir edəcək. Bir sınıq təsdiqlənərsə, iş ağır kimi təsnif ediləcək. Hazırda hadisə Dövlət Əmək Müfəttişliyinin xüsusi nəzarətindədir.
Turan İSMAYIL