Türkiyədə idarəetməni itirən avtomobil məscidə girdi

 21:45 06.05.2025     202

Türkiyənin Şəhərinin İzmit rayonunda idarəetmədən çıxan avtomobil Ebubekir Sıddıq Məscidinin divarını dağıdaraq içəri daxil olub. Hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Redaktor.az xəbər verir ki, Gündoğdu məhəlləsində baş verən qəza nəticəsində avtomobildə olan 4 nəfərdən biri — sürücü yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib, hadisə ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən