Türkiyədə yeni doğulmuş uşağın boynundan 445 qram şiş ÇIXARILDI

 21:47 06.05.2025     89

Türkiyədə Kütahya Şəhər Xəstəxanasında 34 həftəlik olaraq dünyaya gələn körpənin boynundan cərrahi əməliyyatla 445 qramlıq şiş çıxarılıb.

Redaktor.az xəbər verir ki, Mustafa və Fatma Kara cütlüyünün dünyaya gələn oğul övladının boynunda şiş aşkarlanıb. Körpə reanimasiya şöbəsində bir həftə müşahidədə saxlandıqdan sonra həkim heyətinin müdaxiləsi ilə uğurlu əməliyyat keçirilib.

Hazırda uşağın vəziyyətinin stabil olduğu bildirilib. 

Kənan YUSİF