"Biz buna dözmədik" - Tramp Hindistanla razılığa gəldi

ABŞ Prezidenti Donald Tramp Hindistanla Amerika mallarına tətbiq edilən gömrük rüsumlarının ləğvi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşündə bildirib.
"Hindistan dünyada ən yüksək tariflərdən bəzilərini tətbiq etdi. Biz buna dözə bilmədik - onlar onları sıfıra endirməyə razı oldular", - Tramp vurğulayıb.
Onun sözlərinə görə, bu qərar ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirəcək.
Xatırladaq ki, mayın 5-də "Bloomberg" ABŞ ilə davam edən ticarət danışıqlarının bir hissəsi olaraq Hindistanın polad, avtomobil hissələri və əczaçılıq məhsullarına rüsumların qarşılıqlı sıfırlanmasını təklif etdiyini bildirib.
Turan İSMAYIL