Almaniya prezidenti yeni kabinet üzvlərini təsdiqlədi

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yeni federal hökumətin tərkibini rəsmən təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Ştaynmayer deyib: “Sizə böyük məsuliyyət düşür: Ölkənin rifahı naminə fəaliyyətinizdə sizə uğurlar arzulayıram”.
Xatırladaq ki, mayın 6-da Ştaynmayer Xristian Demokrat İttifaqı və Xristian Sosial Birliyinin (CDU/CSU) lideri Fridrix Mersi rəsmi olaraq Almaniya kansleri təyin edib.
Bundestaq Merzin Almaniya kansleri təyin edilməsi üçün ikinci dəfə səs verib. Bundestaqın 325 deputatı onun namizədliyinin lehinə, 289-u əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.
Əvvəlcə Merz ilk turda Almaniyanın kansleri seçilmək üçün lazım olan səsləri ala bilməyib. Siyasətçinin namizədliyini 310 deputat dəstəkləyib. Seçilmək üçün ona 316 səs lazım idi. Merzin Bundestaqda səsvermənin ilk turunda uğursuzluğu ölkənin fond bazarında tənəzzülə səbəb olub.
Turan İSMAYIL