Hindistan Pakistana raket hücumu etdi - 8 ölü, 35 yaralı var

 09:00 07.05.2025     152

“Hindistan Pakistanın 3 şəhərinə raket hücumu edib”.

Redaktor.az xəbər verir ki, bu haqda Paksitan ordusu məlumat yayıb.

Qeyd olunub ki, hədəflər Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad şəhərləri olub. 

***

Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Məlumata görə, yaralıların sayı 35 nəfərə çatıb.