Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb - İslamabad

 11:53 07.05.2025     134

Hindistan hücum zamanı Pakistanın həyati əhəmiyyətli su ehtiyatlarına zərər vurmağa çalışıb.

Redaktor.az “Geo TV” telekanalına istinadla xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan aviasiyası Pakistanda doqquz hədəfə zərbələr endirib. Pakistan ordusu isə döyüşlər zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus beş qırıcını – bir ədəd MiQ-29, bir ədəd Su-30 və üç ədəd “Rafale” təyyarəsini, həmçinin beş ədəd PUA-nı vurub.