"Hindistan Pakistana qarşı əməliyyatlara başlasa, Çin müharibəyə qarışa bilər"

 13:43 07.05.2025     147

"Hindistan və Pakistan arasında muharibə qlobal güc uğrundadır. Hindistan son illərdə hərbi texniki və iqtisadi cəhətdən müəyyən inkişafa nail olub. Baş nazir N. Modi millətçi və islamafob sistem qurub. Kəşmirin muxtariyyətini ləğv edərək, regionun hüquqlarını ləğv edib. Hindistana ABŞ kifayət qədər sermayə qoyub. ABŞ maşın və texnoloji şirkətlər Çini tərk edərək, Hindistana köçüb. Bu da Hindistan iqtisadiyyatının inkişafına mühüm töhfələr verir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Pakistan ordusu kifayət qədər güclüdür və Hindistanın hücumlarının qarşısını almağa qadirdir:

"Pakistanda siyasi və sosial problemlər. Həmçinin Bellucların artan silahlı terror fəaliyyəti İslamabadı kifayət qədər zəiflədir. Pakistanın hərbi büdcəsi 8 milyard dollara yaxındır. Bu da Hindistanın hərbi büdcəsindən kifayət qədər azdır. Buna baxmayaraq Pakistan ordusu kifayət qədər güclüdür və Hindistanın hərbi təcavüzünün qarşısını almağa qadirdir. Ona görə də Hindistan Pakistana qarşı hərbi əməliyyatları genişləndirməkdən yayınır.

Hindistan iqtisadiyyati və hərbi sənayesinin inkişafı millətçi N.Modini Pakistana qarşı hərbi əməliyyatlar keçirməsinə sövq edib. Həmçinin Pakistan və Çin əlaqələrinə zərbə vurmağa çalışır. Bununla regionda öz mövqeyini gücləndirməklə, beynəlxalq aktor olmağı hədəfləyir. Bunun üçün Pakistan üzərində hərbi qələbəni təmin etməyə çalışır. Amma, baş verəcək müharibə hər iki tərəfin üstünlük əldə etməsinə gətirib çıxarmayacaq.

Əgər, Hindistan Pakistana quru əməliyyatları həyata keçirərsə, müəyyən ərazilərdə irəliləyişlər əldə edərsə, Çin müharibəyə qarışa bilər. Qeyd edim ki, Pakistanın paytaxtı strateji yerdə deyil, Kəşmirin yaxınlığında yerləşir. Bu da Hindistana birbaşa paytaxtı vurmaq imkanı verir. Hindistan-Pakistan müharibəsində daHa çox Rusiya maraqlı görünür. Bunun üçün Hindistana ciddi dəstək verir. Yeni müharibə diqqəti bu Rusiya-Ukrayna müharibəsindən yayındıracaq.

Hindistan Pakistana geniş miqyaslı hərbi əməliyyatlardan çəkinir. Çünki müharibə olacağı təqdirdə Hindistanın qonşuları Pakistanı dəstəkləyəcək. Hindistan demək olar ki, bütün qonşuları ilə problem yaşayır. Çin və Türkiyə bu müharibədə Pakistanın məğlub olmasına imkan verməyəcək". 

Vasif ƏLİHÜSEYN