"Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür"

 15:06 07.05.2025     187

"Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi əvvəlki aylara nisbətən geriliyib. Xüsusilə, Gümrüdə müxalifətin mer seçkilərində qalib olması 2026-ci il seçkilərində ciddi problemlərlə üzləşə bilər. Qeyd edim ki, Gümrüdə kommunist partiyası mer seçkilərində qalib gəlib.

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, göstəricilər Paşinyanın məğlubiyyətindən xəbər verir:

"Bu, onu göstərir ki, N. Paşinyanın partiyası Ermənistanın ikinci böyük şəhərində məğlub olub. "Gallub" şirkətinin keçirdiyi sorğulara uyğun olaraq Mülki müqavilə” partiyası – 11,5 faiz. Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku –8%. Serj Sarkisyanın lideri olduğu “Şərəfim var” bloku – 3,7 faiz. Müxalifətdən cüzi olaraq üstünlük əldə edib. Müxalifət fəaliyyətini genişləndirib. Rusiya Ermənistanda müxalifətə ciddi siyasi dəstək verir.

Amma, müxalifətin birləşməməsi Paşinyanın şanslarını artirir. Rober Koçaryan və Serj Sarkisyan partiyalarinin arasında fikir ayrılıqları var. Tərəflər ayrı-ayrılıqda seçkilərə getməsi gözlənilir. Əgər, müxalifət dağınıq halda seçkiyə gedəcəksə, Paşinyan növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür".

Vasif ƏLİHÜSEYN