"Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi"

 09:32 08.05.2025     110

"Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi. Pakistan xalqı, 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən milli silahlı qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır. Geo TV kanalının məlumatına görə, bu sözləri Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərif ölkənin Milli Məclisində (parlamentin aşağı palatası) çıxışı zamanı səsləndirib".

Redaktor.az xəbər verir ki, bunu siyasi ekspert Elçin Alıoğlu deyib. O, çıxışına daha sonra bunları əlavə edib: 

“Keçən gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarx və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş [Hindistan Hərbi Hava Qüvvələrinə məxsus] təyyarəni, o cümlədən üç Rafale qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi”, – deyə Şərifin sözlərini kanal sitat gətirib.

Şərif əlavə edib ki, “Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi”.

“Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu, onların gecələr rahat yatmasına imkan vermir. Bizim silahlı qüvvələr döyüşlərlə bərkidilmişdir”, – deyə Pakistanın baş naziri bildirib və əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri – Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib.

Şərifin sözlərinə görə, Pakistan xalqı “bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki silahlı qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər”. O həmçinin vurğulayıb ki, Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi".

Vasif ƏLİHÜSEYN