Estoniya siyasətçisi ukraynalı qaçqınların geri qaytarılmasını tələb edir

 09:40 08.05.2025     122

Estoniyada müxalifətdə olan Mühafizəkar Xalq Partiyasının (EKRE) sədri Martin Helme ölkə hökumətini Ukraynalı qaçqınları vətənlərinə qaytarmağa çağırıb.

Redaktor.az xəbər verir ki, onun fikirləri fikirləri ERR teleradio şirkəti tərəfindən yayımlanıb.

Helme bildirib ki, Estoniya hökuməti Ukraynaya sülhməramlı missiya çərçivəsində əsgər göndərmək planları əvəzinə, ölkədə müvəqqəti sığınacaq tapan ukraynalıların geri qaytarılmasına fokuslanmalıdır.

“Niyə biz Ukraynanın ora qayıtmasını istəyənləri göndərmirik, özümüzünküləri göndəririk?” – deyə siyasətçi sual edib.

O, Estoniyada Ukrayna Silahlı Qüvvələrində xidmətdən yayınan on minlərlə Ukrayna vətəndaşının olduğunu da iddia edib.

Qeyd edək ki, daha əvvəl Estoniyanın baş naziri Kristen Mixal Baltikyanı və Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinin yeni döyüş briqadasının formalaşdırılmasına dəstək verəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, məqsəd 2025-ci ilə qədər bölməni döyüşə tam hazır vəziyyətə gətirməkdir.

Aytəkin TOFİQQIZI