Rusiya-ABŞ ticarəti Trampın hədələrinə baxmayaraq artmaqda davam edir

 11:03 08.05.2025     68

2025-ci ilin mart ayında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 1,5 dəfə artaraq son iki ilin rekord səviyyəsinə 573 milyon dollara çatıb. 

Redaktor.az bu barədə "Politico" nəşrinə istinadla məlumat verir.

Sıçrayışın əsas səbəbi Rusiya ixracının kəskin artmasıdır. Xüsusilə, ABŞ-nin Rusiyadan 219 milyon dollarlıq gübrə alması, üstəlik 87,5 milyon dollara platin, 6 milyon dollara faner və 5 milyon dollara fosfat idxal etməsi bu artımı təmin edib.

ABŞ-dən Rusiyaya ixrac isə faktiki olaraq dəyişməyib mart ayında bu göstərici 50 milyon dollar səviyyəsində qalıb. ABŞ Rusiyaya əsasən 14,8 milyon dollarlıq peyvənd, 6,2 milyon dollarlıq tibbi avadanlıq, 5,7 milyon dollarlıq ərzaq və 3,7 milyon dollarlıq sınaq avadanlığı satıb.

Xatırladaq ki, bu artım ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yüksək gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı sərt bəyanatlarından sonra baş verib. Tramp bu cür təzyiq vasitəsilə Rusiya hakimiyyətini Ukrayna ilə sülh razılaşması imzalamağa məcbur etməyə çalışdığını bildirmişdi.

Aytəkin TOFİQQIZI