Türkiyədə südlə bağlı sektorlara genişmiqyaslı araşdırma başladıldı

Türkiyə Rəqabər Qurumu, süd alımında 39, süd yemi satışında 3, paketlənmiş süd və süd məhsulları istehsalı və satışında isə 13 şirkətə qarşı araşdırma başladıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Qurumun yaydığı məlumata görə, sözügedən şirkətlərin və Ambalajlı Süt ve Süt Ürünleri Sanayicileri Derneği-nin qiymət təyini, bazar paylaşımı və rəqabətə həssas məlumat mübadiləsi kimi fəaliyyətlərlə Rekabetin Qorunması Haqqında Qanunun 4-cü maddəsini pozduqları iddiası ilə əvvəlcədən aparılan araşdırma Rekabet Kurulu tərəfindən dəyərləndirilərək araştırmaya verilib.
Qurumun açıqlamasında, bu addımın südlə bağlı bazarlarda sağlam rəqabət mühitinin qorunması məqsədilə atıldığı bildirilib.
Kənan YUSİF