Ekrem İmamoğlunun X hesabına məhkəmə qərarı ilə giriş qadağan edildi

Türkiyə İletişim Başkanlığı, həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlunun X (keçmiş Twitter) hesabına məhkəmə qərarı ilə girişin məhdudlaşdırılması barədə açıqlama yayıb.
Redaktor.az xəbər verir ki, Dezenformasyonla Mücadele Merkezi tərəfindən yayılan açıqlamada, istintaqın İstanbul Cumhuriyet Başsavcılığı tərəfindən aparıldığı bildirilib. Verilən məlumata görə, 24 aprel 2025-ci il tarixli məhkəmə qərarının ardından, İmamoğlunun X hesabına giriş məhdudlaşdırılıb.
Qərarın səbəbi olaraq İmamoğlunun paylaşım və mesajlarının özü tərəfindən edilmədiyi və bu paylaşımların ictimai asayişə zərər verə biləcəyi ehtimalı göstərilib. Giriş məhdudiyyətinin, İmamoğlunun həbsi davam etdiyi müddətcə qüvvədə qalacağı bildirilib.
Kənan YUSİF