"Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək" - Ərdoğan

"Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək".
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq:
"Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm".