"Paşinyan Sarkisyan və  Koçaryanın həbsini hazırlayır"

 14:38 08.05.2025     83

"Ermənistan hökuməti 2008-ci il martin-1 prezident seçkilərinin nəticələrinə etiraz edən xalqa qarşı Robert Koçaryan və SerjSarkisyanın ordudan istifadə etməsini, cinayət törətməsini yenidən gündəmə gətirib. Son günlərdə Koçaryan və Sarkisyanın fəallığı Paşinyanı hərəkətə gətirib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, parlamentin spikeri Alen Simonian 2008-ci il 1 mart hadisələrini prokurorluq araşdırır:

"O, qeyd edib ki, cinayəti törədən  Koçaryan və  Sarkisyan cavab verəcək. Göründüyü kimi, Paşinyan hər iki sabiq prezidenti seçkidən uzaqlaşdırmağı planlaşdırır. Halbuki, onların cinayətləri var idisə, bir neçə il bundan əvvəl, həbs edilməli idi. Görünür,  Paşinyan öz siyasi məqsədləri üçün bu günə saxlayıb. Təbii ki, Paşinyan Koçaryanı həbs etdirmişdi. Yenidən onu həbsə göndərməyə hazırlaşır. Maraqlı tərəfi isə, Sarkisyanın həbs edilməsi olacaq. Çünki, Sarkisyan 2018-ci ildə hakimiyyəti təhvil verəndə özünün təhlükəsizliyinin təminatinı alıb. Son aylarda Sarkisyanın aktivliyi əldə olunan razılaşmanın pozulmasına gətirib çıxaracaq.

Ümumiyyətlə, hər iki liderin həbsi, Ermənistanda siyasi camenin normallaşmasina və Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlanması istiqamətində atacağı addımlara problemləri aradan qaldıracaq. Hər iki lider ölkədə sülhün əleyhinədir və Rusiya ilə təmaslar qurub, hakimiyyətə gəlməyə çalışırlar".

Vasif ƏLİHÜSEYN