Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün şərt kimi Ukraynanın demilitarizasiyasına və bloksuz statusuna qarşı çıxacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Nazirlər mümkün sülh nizamlanmasının prinsiplərini müzakirə ediblər", - o bildirib və vurğulayıb ki, Aİ Kiyevin demilitarizasiyası fikrinə, Ukraynanın NATO-ya qəbul edilməməsi öhdəliyinə qarşı çıxır və onun Avropa İttifaqına daxil olmasında israr edir.