Ağsuda iki nəfər ZƏHƏRLƏNDİ

 19:55 08.05.2025     109

Ağsuda iki nəfər zəhərlənib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Ağsunun Daşdəmirbəyli kənd sakinləri - 1989-cu il təvəllüdlü Nizami Bağırov və 1986-ci il təvəllüdlü Rza Babaşov zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, onlar pomidordan zəhərləniblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.