Yeni seçilən Roma Papasının kimliyi məlum oldu - YENİLƏNİB

 20:55 08.05.2025     125

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, kardinal Robert Frensis Prevo Roma Papası seçilib.

O, XIV Lev adını alıb.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

***

Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.

Redaktor.az xəbər verir ki, Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxıb.

Qaydalara görə ağ tüstü yeni papanın seçildiyini bildirir. Kardinallar namizədlərdən birinə səslərin üçdə ikisindən çoxunu veriblər. Yeni Papanın kim olduğu hələlik məlum deyil.

Qeyd edək ki, seçilmək üçün yaşı 80-dən aşağı olan 133 iştirakçıdan biri səslərin üçdə ikisini (89 səs) toplamalıdır.