Üç sutka ərzində Qəzzada 150-dən çox hədəfə hücum edilib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) son üç sutkada Qəzza zolağı boyunca 150-dən çox hədəfə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Son 72 saat ərzində İsrail HHQ Qəzza zolağında terrorçuların birlikləri, yeraltı terrorçu infrastruktur obyektləri və terrorçuların fəaliyyət göstərdiyi hərbi binalar da daxil olmaqla 150-dən çox terrorçu hədəfə hücum edib”, - məlumatda bildirilir.
Qeyd olunub ki, mayın 7-də Deyr əl-Bələh bölgəsində İsrail hərbçilərinin dəqiq zərbəsi nəticəsində radikal Nəsr Sübhi İbrahim Cümə öldürülüb. İsrail tərəfinin məlumatına görə, o, Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı sıralarında rəhbər və radikal qrupların ehtiyacları üçün raket istehsalının liderlərindən biri olub.