Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəqqi var - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində tərəqqinin olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.A
"Düşünürəm ki, biz tərəqqi əldə edirik. Əgər bunu (münaqişəni - red) dayandırsaq, böyük nailiyyət olacaq. Biz çox çalışırıq və düşünürəm ki, (münaqişənin həllinə-red) yaxınıq", - ABŞ lideri bildirib.
Dövlət başçısı qeyd edib ki, onun xüsusi elçisi Stiven Uitkoff Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı davamlı danışıqlar aparır: "Onun hər iki ölkə ilə əla münasibətləri var və düşünürəm ki, bizim şansımız var”.
Eyni zamanda Tramp “Rusiya bütün (Ukrayna ərazisini) almaq istəyə bilərdi” açıqlamasını verib. "Əgər müdaxilə etməsəydik, o, uğur qazanacaqdı”, - Ağ Evin sahibi Vaşinqtonun Ukrayna ilə təbii sərvətlər üzrə razılaşma yoluyla Kiyevi dəstəkləmək üçün xərclədiyi vəsaiti "müəyyən şəkildə geri qaytardığını" deyib.
Tramp əlavə edib ki, böhranın həlli üçün Çin rəhbərliyindən kömək istəyəcək.