"Çin Rusiyaya ciddi təzyiqlər edərsə, Putin atəşkəsə gedə bilər"

"Çin Ukrayna müharibəsində ədalətli sülhü Vladimir Putinin diqqətinə çatdırıb. Çin sədrinin Putinlə Kremldə 7 saat görüşü olub. Bu görüşdən sonra, ÇİN Xarici işlər nazirliyi danışıqlarda Rusiya-Ukrayna müharibəsi və sülhün əldə edilməsi istiqamətində danışıqların aparıldığını qeyd edib".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, deyib ki, iki lider arasında Çin sədri ilkin şərt olmadan danışıqların aparılması və ədalətli sülh müqaviləsinin bağlanmasını vurğulayıb:
"Putin də ilkin şərt olmadan danışıqlara hazır olduğunu vurğulayıb. Çin artıq müharibənin davam etməsində maraqlı deyil, həmçinin ədalətli sülhü V. Putinin diqqətinə çatdırıb.
Artıq Çinin mövqeyində əhəmiyyətli dəyişikliklər baş verir. Çünki ABŞ Rusiya ilə neft və qaz sahəsində əməkdaşlıq edən şirkətlərə sanksiyalar tətbiq ediləcəyi qeyd edilir. ABŞ Çin iqtisadiyyatını hədəfə alır. İqtisadi və ticari müharibə Çin iqtisadiyyatına əhəmiyyətli mənada təsir edir. Müharibənin Çinin beynəlxalq müstəvidə mövqeyinə zərbə vurduğunu, geosiyasi və iqtisadi sahələrdə ABŞ ciddi şəkildə məğlub olacağının fərqindədir. Çin Rusiyaya ciddi təzyiqlər edərsə, Putin atəşkəsə gedə bilər".
Vasif ƏLİHÜSEYN