Türkiyənin 2 şəhərində 311,5 kiloqram narkotik vasitə ələ KEÇİRİLDİ

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya, Şanlıurfa və Van şəhərlərində keçirilən antinarkotik əməliyyatlar nəticəsində ümumilikdə 311,5 kiloqram narkotik maddənin ələ keçirildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Nazir Yerlikaya, sosial media hesabında verdiyi açıqlamada Van Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin koordinasiyası ilə narkotik daşıdığı müəyyən edilən şəxslərə qarşı Tuşba və Edremit rayonlarında əməliyyat keçirildiyini bildirib.
Əməliyyat zamanı 234 bağlamada 126 kiloqram heroin və 84,5 kiloqram esrar olmaqla cəmi 210,5 kiloqram narkotik maddə ələ keçirilib. Şanlıurfa'da keçirilən başqa bir əməliyyatda isə əlavə 101 kiloqram narkotik vasitə müsadirə olunub.
Kənan YUSİF
Əməliyyatlarla bağlı istintaq davam etdirilir.