"Avtomobil kirayəsi" adıyla dələduzluq edənlərə qarşı əməliyyat: 101 nəfər saxlanıldı

 15:26 09.05.2025     99

Türkiyənin Kocaeli vilayəti mərkəz olmaqla 28 müxtəlif əyalətdə keçirilən əməliyyat nəticəsində “avtomobil kirayəsi” adı altında vətəndaşları aldadan 101 nəfər şübhəli şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, Kocaeli Əmniyyət Müdirliyinin Kibercinayətlərlə Mübarizə Şöbəsi əməkdaşları, internet üzərindən saxta avtomobil kirayəsi saytları yaradaraq vətəndaşları telefonla aldadan şəbəkəyə qarşı istintaq başladıb.

Texniki və fiziki müşahidələr nəticəsində eyni vaxtda Kocaeli də daxil olmaqla Hakkari, Diyarbakır, Ağrı, Mardin, Gaziantep, Adıyaman, Kahramanmaraş, Osmaniye, Adana, Mersin, Ankara, Ordu, Tokat, Antalya, Denizli, Muğla, Uşak, İzmir, Aydın, Çanaqqala, Balıkəsir, Bursa, Afyonkarahisar, Tekirdağ, Eskişehir, İstanbul və Kırıkkale vilayətlərində əməliyyat həyata keçirilib.

Əməliyyat nəticəsində 101 şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq tədbirləri davam etdirilir.

Kənan YUSİF