Çin və ABŞ danışıqlar zamanı gömrük rüsumlarının tətbiqini dayandıra bilərlər

 20:52 09.05.2025     112

Çin və ABŞ hakimiyyətləri bu həftəsonu İsveçrədə keçiriləcək danışıqlar zamanı qarşılıqlı tətbiq etdikləri gömrük rüsumlarının qüvvəsini müvəqqəti olaraq dayandıra bilərlər.

Redaktor.az-ın məlumatına görə, bu barədə İsveçrənin iqtisadiyyat naziri və vitse-prezidenti Qi Parmelen ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenlə Bern şəhərində keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib.

“Biz hər şeyi, o cümlədən danışıqlar zamanı qarşılıqlı şəkildə gömrük rüsumlarının dayandırılmasını da təsəvvür edə bilərik. Bu, tərəflərdən asılıdır”, – deyə Parmelen qarşıdan gələn danışıqların mümkün nəticələrini şərh edərkən bildirib.