Britaniya Ukraynaya yeni nəsil “Raven” HHM sistemləri göndərəcək

 23:58 10.05.2025     125

Böyük Britaniya yaxın həftələrdə Ukraynaya “Raven” hava hücumundan müdafiə sisteminin ən son versiyasını göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya Dəniz Piyadalarının polkovniki Olli Todd bildirib.

Onun sözlərinə görə, daha əvvəl “Raven” sistemlərindən Ukrayna Prezidenti Volodimir Zelenskinin iqamətgahının qorunması üçün istifadə edilib.