Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə tikilən mənzillərin açarları sahiblərini gözləyir - VİDEO

"2023-cü ilin fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə bir çox ölkə yardım əlini uzadarkən, ən böyük dəstək Azərbaycandan gəlib".
Redaktor.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının zəlzələdən zərər görmüş Kahramanmaraşda Azərbaycanın köməyi ilə tikilən evlərlə bağlı süjetdə deyilir.
Bildirilir ki, Kahramanmaraşda Azərbaycan xalqının dəstəyi ilə tikilən 1 213 mənzilin inşaatı başa çatıb və mənzillərin açarları yaxın günlərdə sahiblərinə veriləcək.
Qeyd edilir ki, Kahramanmaraş şəhərində salınan "Azərbaycan məhəlləsi"ndə işlərin 90 faizi tamamlanıb.
Məhəllədəki binalara su və elektrik enerjisinin verilişi təmin edilib. Bundan başqa, 1 318 dükan və 464 ofisin inşası başa çatmaq üzrədir.
Ətraflı süjetdə: