PKK terror təşkilatı ləğv olunur - KİV

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib.
O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq.
Həmçinin PKK-nın özünü ləğv etməsi ilə təşkilatın bütün fəaliyyəti dayanacaq. Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq.
Eyni zamanda terror təşkilatının ləğvi prosesinin praktiki icrasından rəhbərlik şurası məsul olacaq.
Sonuncu isə Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.
Təşkilatın mayın 5-7-də keçirilmiş XII qurultayı barədə yayılan açıqlamada göstərilib ki, nəticələrlə bağlı çox qısa müddətdə ictimaiyyətə məlumat veriləcək.