Qərb Zelenskinin Rusiya ilə danışıqlara münasibətinə etimadsız yanaşır

 09:29 12.05.2025     117

ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devisin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və onun Avropadakı müttəfiqləri Rusiya ilə danışıqlara başlamağa maraqlı deyillər.

Redaktor.az xəbər verir ki, bu fikrini Devis şəxsi YouTube kanalında bildirib.

O qeyd edib ki, Rusiya mayın 15-də Türkiyədə ilkin şərt olmadan danışıqları bərpa etməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirib. Devisin fikrincə, Moskvanın bu mövqeyi münaqişəyə səmimi şəkildə son qoymaq istədiyini göstərir. O, eyni zamanda sual edib: “Bəs Avropa və Zelenski bu səmimiyyətə sahibdirmi?”

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl jurnalistlərlə görüşündə Kiyevə danışıqlara qayıtmaq çağırışı etmiş və bunun ilkin şərtsiz baş tutmalı olduğunu vurğulamışdı.

Aytəkin TOFİQQIZI