Rusiya Ukrayna ilə birbaşa danışıqlara Qərb olmadan üstünlük verir

 09:56 12.05.2025     103

Rusiya Ukrayna ilə aparılacaq mümkün sülh danışıqlarında Qərb ölkələrinin iştirakını istəmir və birbaşa təmaslara üstünlük verir. 

Redaktor.az bu barədə "TRT Haber"ə istinadla məlumat verir.

Türkiyəli politoloq Umur Tuqay Yücelin sözlərinə görə, Moskva atəşkəs deyil, müharibəni yekunlaşdıracaq sülh sazişi üçün real addımlar atmaq niyyətindədir.

“Aydındır ki, Prezident Vladimir Putin və Rusiya rəhbərliyi müharibəni bitirmək üçün birbaşa diplomatik danışıqlara meyllidir”, – deyə Yücel bildirib.

Aytəkin TOFİQQIZI