Yelisey Sarayı Makronun “şübhəli çantası” ilə bağlı yayılan videoya münasibət bildirdi

 10:27 12.05.2025     91

Fransa Prezidenti Emmanuel Makronun jurnalistlərin kameralarından gizlətməyə çalışdığı şübhəli əşya ilə bağlı yayılan video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yelisey Sarayı məsələ ilə bağlı açıqlama verərək, sözügedən əşyanın sadəcə adi bir salfet olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə  X sosial platformasında açıqlama yayılıb.

“Avropa İttifaqı ilə bağlı vəziyyət əlverişsiz olanda dezinformasiya o həddə çatır ki, sadə bir salfet belə narkotik vasitəyə bənzədilir.”

Rəsmi bəyanatda vurğulanıb ki, bu cür saxta xəbərlər həm Fransada, həm də ölkə xaricində prezidentin və dövlətin imicinə zərər vurmaq istəyən qüvvələr tərəfindən tirajlanır.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan görüntülərdə Makronun, kameraları və jurnalistləri gördükdən dərhal sonra masanın üzərindəki bir bağlamanı tələsik şəkildə uzaqlaşdırdığı görünür. Bu isə müxtəlif şayiələrin və fərziyyələrin yayılmasına səbəb olub.

Aytəkin TOFİQQIZI