PKK ilə bağlı çağırış edildi: Əsassız iddialara inanmayın!

 13:43 12.05.2025     158

PKK terror təşkilatının tərksilah edilməsi və ləğvi ilə bağlı qərarından sonra "konstitusiya dəyişikliyi ilə muxtar və federal idarə təmin olunacaq” iddiası dezinformasiyadır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Dezenformasiya ilə Mübarizə Mərkəzinin yaydığı məlumatda deyilir.

"Terrordan azad Türkiyə məqsədi ilə terror təşkilatının tərksilah edilməsi və ləğvi qərarı ilə bağlı hər hansı danışıqlar əsasında prosesi dövlət idarəsinin idarə etməsindən söhbət gedə bilməz.

Türkiyənin gündəmində olan konstitusiya dəyişikliyinə hazırlıq işləri; sivil, demokratik, liberal və hərtərəfli konstitusiya ehtiyacını ödəmək üçün hazırlanmışdır.

İctimai rəyi manipulyasiya etmək məqsədi daşıyan əsassız iddialara inanmayın", - mərkəzdən bildirilib.

Turan İSMAYIL