Hindistan Pakistana suyun verilişini bərpa ETDİ

Hindistan Çinab çayı bəndinin şlüzlərini açaraq, suyun yenidən Pakistana axmasına imkan verib.
Redaktor.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat verib.
"Çinab çayı üzərində yerləşən Baqlihar su elektrik bəndinin iki şlüzu açılıb", - məlumatda qeyd olunub.
Agentliyin mənbələri iddia edirlər ki, bənddən suyun verilişində səbəb Cammu və Kəşmir bölgəsində daşqınlara səbəb ola biləcək leysan yağışları olub.
Xatırladaq ki, Hindistan mayın 6-da Çinab çayındakı bənddən Pakistana suyun buraxılmasını dayandırıb.