Bu qız axtarılır - DİQQƏT!

 18:10 12.05.2025     193

Rusiyada azərbaycanlı qız itkin düşüb.

Redaktor.az xəbər verir  ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Məlumata görə, itkin düşən  şəxs   Ləman Bayramovadır.

Təxminən səhər saat 5:00-da Orenburqdan Moskvaya uçub,oradan da  Tümenə uçmalı imiş. Lakin həmin uçuş baş tutmayıb.

Yaxınları onunla əlaqə saxlaya bilmir. Həmin şəxsi görənlərdən polisə məlumat vermələri xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən