Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbula getməyi düşünür

 19:02 12.05.2025     105

ABŞ Prezidenti Donald Tramp Rusiya- Ukrayna görüşünün keçiriləcəyi İstanbula getməyi düşündüyünü bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Tramp qeyd edib ki, o, mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında görüşün keçiriləcəyi İstanbula səfər etməyi düşünür.

"İstanbul görüşündən yaxşı nəticələr əldə edə bilərik, inanıram ki, hər iki lider orada olacaq", - Tramp vurğulayıb.