Dövlət Bağçalı Kabinə toplantısına 102 gül GÖNDƏRDİ

 20:00 12.05.2025     108

MHP Başqanı Dövlət Baxçalı, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Kabinə Toplantısına Ay-ulduz motivli 102 qırmızı və ağ gül göndərib.

Redaktor.az xəbər verir ki, Prezidentlik Külliyəsində baş tutan toplantıda, Baxçalı tərəfindən göndərilən güllər Cumhuriyyətin 102-ci ildönümünə ithaf edilib. Güllərlə birlikdə göndərilən qeyddə isə belə yazılıb:

"Demokratiyanın güclənməsi, ictimai anlaşmanın təmin olunması və Terrorsuz Türkiyənin inşası yolunda göstərdiyiniz milli iradəyə təşəkkürümüzü və təqdirimizi bildirir, Nazirlər Kabinənizə uğurlar arzulayıram" 

Bahçalı tərəfindən göndərilən güllər, Prezident Ərdoğanın yanında yer alıb.

Kənan YUSİF