PKK bəlası bitəcək, 47 illik qanlı səhifə bağlanacaq - Dövlət Bağçalı

 20:04 12.05.2025     103

"Beləliklə PKK bəlası bitəcək, 47 ildir xəyanətlə yazılan qanlı səhifə, ümid və diləklərimlə deyirəm ki, bir daha açılmamaq üzrə bağlanacaq".

Redaktor.az xəbər verir ki, bu sözləri PKK-nın ləğv və silah buraxma qərarına dair yazılı açıqlama verən MHP Başqanı Dövlət Baxçalı deyib.

Bağçalı Türkiyə Cümhuriyyəti Dövlətinin tarixi bir dönəmdə olduğunu vurğulayıb. O, milli birlik və həmrəylik ruhunun, ədalət əsasının və əxlaq mirasının Türkiyəni bu mərhələyə gətirdiyini bildirib.

Baxçalı, Türk vətəninin hər tərəfinə əməklə, səbrlə və fədakarlıqla səpilən sülh toxumlarının ümidlə suvarıldığını, artıq cücərərək çiçəkləndiyini qeyd edib.

Kənan YUSİF