Özünü dövlətdən üstün görənlərin üzərinə getməyə davam edəcəyik - Ərdoğan

"Cinayət işləyənlərin, cinayəti lovğalıqla edənlərin, özünü qanundan və dövlətdən üstün görənlərin üzərinə getməyə davam edəcəyik".
Redaktor.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu fikirləri Danıştayın 157-ci il dönümü münasibətilə Danıştay Konfrans Salonunda keçirilən mərasimdə səsləndirib.
Tədbirdə çıxış edən Ərdoğan, bu əlamətdar gündə Danıştay və İdarə Məhkəməsi sisteminin bütün üzvlərini təbrik etdiyini bildirib və tədbirdə iştirakdan məmnunluğunu ifadə edib.
Prezident, bu günün Danıştay başda olmaqla ali məhkəmələr və bütövlükdə məhkəmə camiəsi üçün xeyirli olmasını arzulayıb.
Kənan YUSİF