Ərdoğan Zelenski ilə telefonla DANIŞDI

 21:09 12.05.2025     121

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Görüşdə Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal mövzular müzakirə olunub.

Redaktor.az xəbər verir ki, Prezident Ərdoğan, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması istiqamətində iradəni olduqca vacib saydığını və bu prosesin hər mərhələsində Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Ərdoğan, sülh danışıqları çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətlərini Türkiyədə qəbul etməkdən məmnunluq duyacaqlarını qeyd edib.

Prezident, genişmiqyaslı atəşkəsin sülh danışıqları üçün zəruri mühit yaradacağını vurğulayaraq, yaranmış fürsət pəncərəsinin itirilməməli olduğunu ifadə edib.

Kənan YUSİF