Türkiyədə ard-arda iki zəlzələ baş VERDİ

Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayonunda ard-arda 4,4 və 4,2 bal gücündə iki zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, AFAD-ın rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 12:23-də 4,4 bal gücündə, ikinci isə saat 12:26-da 4,2 bal gücündə qeydə alınıb.
Yeraltı təkanların müvafiq olaraq 10,07 və 19 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələlər nəticəsində bölgədə qorxu yaşayan sakinlər binaları tərk edərək bir müddət çöldə gözləyiblər. Titrəyişlər ətraf vilayət və rayonlarda da hiss olunub.
Kənan YUSİF