“Kann”da qadağa - Açıq-saçıq geyinə bilməyəcəklər

 03:00 13.05.2025     290

78-ci dəfə keçirilən “Kann” Film Festivalına yeni qadağalar tətbiq edilib.

Redaktor.az xəbər verir ki, bu il festivalda açıq-saçıq geyimlərə, transparan libaslara, zalda narahatlıq yaradan paltarlara icazə verilməyəcək.  

Həmçinin idman ayaqqabısı ilə festival tədbirlərinə qatılmaq qadağan edilib. 

Bu qaydalara əməl etməyən ulduzların qırmızı xalçaya girişi məhdudlaşdırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən