"Türkiyə üçün qlobal təhlükə sovuşurmu?"

"Neçə illər əvvəl Azərbayvan, Gürcüstan və Ermənistan jurnalistləri Süleyman Dəmirəllə görüşdə idik. Ona sual verildi ki, niyə bu PKK-nın axırına çıxa bilmirsiz? Onun cavabı heç yadımdan çıxmır".
Redaktor.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. O, çıxışına daha sonra belə davam edib:
"Süleyman Dəmirəl dedi ki, “PKK-nın ipi əlimizdədir, onu qısa vaxtda və tamamilə məhv edə bilərik. Amma ehtiyatlanırıq ki, Türkiyənin qlobal düşmənləri bizə PKK-dan daha qorxulu bir təhlükə yaratsınlar”.
Bütün hallarda PKK-nın təşkilat kimi ləğvi və silahı yerə qoyması (amma onun uzantıları Suriya və İraqda qalır) tarixi hadisədir. Amma qardaş ölkə xüsusən indiki şəraitdə öz sayıqlığını itirməməlidir".
Vasif ƏLİHÜSEYN