Tramp Rusiya və Ukrayna arasında ultimatum əsasında danışıqlarda israrlıdır - Witkoff

 09:46 13.05.2025     92

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında birbaşa danışıqların aparılmasını tələb edən ultimatum irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Ağ Evin xüsusi nümayəndəsi Stiven Witkoff məlumat verib.

Onun sözlərinə görə, əgər tərəflər bu danışıqlara razılaşmasa, ABŞ Ukrayna münaqişəsinin nizamlanması prosesindən geri çəkilə bilər.

Məlumata görə, bu bəyanat Trampın İstanbula mümkün səfəri ilə bağlı açıqlamasından sonra verilib. Bunun ardınca ABŞ dövlət katibi Marko Rubio Avropa İttifaqının bir sıra rəsmiləri ilə telefon danışığı aparıb və danışıqlarda Ukraynada atəşkəslə bağlı mümkün addımlar müzakirə olunub.

Aytəkin TOFİQQIZI