Rusiya İstanbulda Putin-Zelenski görüşü üçün üç şərt irəli sürdü

Rusiya Pezidenti Vladimir Putinin İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə razılaşması üçün üç əsas şərt irəli sürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov “Komsomolskaya Pravda”ya müsahibəsində məlumat verib.
Markovun sözlərinə görə, hazırda Kreml ABŞ-nin prezidenti və bu ilin seçkilərində namizəd olan Donald Trampın vasitəçiliyi ilə mümkün sülh danışıqları üçün şəraitin yaradılmasını müzakirə edir.
Politoloq qeyd edib ki, Putin İstanbula yalnız 3 halda gəlməyə hazır olacaq: Kreml Trampın danışıqlarla bağlı konkret plan və təsəvvürə sahib olduğunu görməlidir. Tramp Zelenskiyə danışıqları siyasi şouya çevirməyə imkan verməməlidir. Tramp dialoqu əvvəlcədən razılaşdırılmış konstruktiv istiqamətə yönəltməyə çalışmalıdır.
Markov əlavə edib ki, bu məsələdə Vaşinqton və Moskva arasında danışıqlar gedir, lakin görüşün baş tutma ehtimalını hələlik zəif hesab edir. Onun fikrincə, belə bir zirvə görüşünün gerçəkləşəcəyinə dair əlamətlərdən biri Trampın Yaxın Şərqə – Səudiyyə Ərəbistanı və BƏƏ-yə planlaşdırılmış səfərlərinin dəyişdirilməsi ola bilər.
Aytəkin TOFİQQIZI