Aİ Macarıstanın vetosunu nəzərə almadan Rusiyaya qarşı sanksiyaları uzatmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini Macarıstanın razılığı olmadan uzatmağın yollarını araşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin diplomatik mənbələrə istinadən məlumat verir.
Məlumata görə, Avropa Komissiyası bəzi sanksiyaların hüquqi əsasını dəyişdirməklə Budapeştin veto imkanından yan keçmək niyyətindədir.
Bildirilib ki, bu addım Aİ-nin Rusiyanın təxminən 200 milyard avro dəyərində dondurulmuş valyuta ehtiyatları üzərindəki siyasətinə də təsir göstərə bilər. Mənbələr bu təşəbbüsün sanksiyaların effektivliyini qorumağa yönəldiyini qeyd edir.
Xatırladaq ki, Macarıstan əvvəllər də Aİ-nin Rusiyaya qarşı bəzi qərarlarına qarşı çıxıb və bir neçə dəfə veto hüququndan istifadə edib. Lakin mövcud geosiyasi vəziyyət fonunda Brüsselin yeni hüquqi mexanizmlər axtarışı bu cür maneələrin qarşısını almağa yönəlib.
Almaniya hökumətinin sözçüsü Stefan Kornelius isə daha əvvəl bəyan etmişdi ki, Almaniya Rusiya ilə atəşkəs razılaşmasından imtina edərsə, Avropadakı müttəfiqləri ilə birlikdə sanksiyaların sərtləşdirilməsini dəstəkləyə bilər.
Aytəkin TOFİQQIZI